“Roma” Məhəmmədin transferi üçün 15 milyon avro ödəyəcək
17.01.2015 - 13:29
“Çelsi”nin yarımmüdafiəçisi Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az xəbər verir ki, misirli futbolçu “Roma”nın maraq dairəsindədi.
“Canavarlar” 23 yaşlı oyunçunu mövsümün sonuna qədər icarəyə götürmək üçün qarşı tərəfə 1 milyon avro təklif edib. Klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədi. Əgər “Roma” bu müddətdə Salahın oyunundan məmnun qalsa, yayda onu 15 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Məhəmməd Salah “Çelsi”yə ötən il “Bazel”dən transfer edilmişdi.
0
0