“Roma”nın kapitanı sıradan çıxdı
14.02.2014 - 23:11
“Roma”nın kapitanı sıradan çıxdı

“Roma”nın təcrübəli hücumçusu Françesko Totti sıradan çıxıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

37 yaşlı futbolçu “Latsio” ilə keçirilən son (9 fevral) matçda baldırından zədələnib. Təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacaq paytaxt klubunun kapitanı növbəti turdakı “Sampdoriya” ilə matçda da komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Totti 1992-ci ildən "Roma" klubunda çıxış edir və o, 2007-ci ildə İtaliya milli komandasındakı karyerasını başa vurub.