Millimizin futbolçusu Ruslan Abışovun müqavilə ilə məxsus olduğu “Rubin” hazırda “Qəbələ”də icarə əsasında çıxış edən Marat İsmayılovu istəyir. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi yayda heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
Belə ki, fransız legionerlər – Yan MVila və Kris Mavinqa, “Liverpul”a keçəcəyi gözlənilən hücumçu Sərdar Azmun, müqavilələrinin müddəti başa çatan təcrübəli Roman Şaronovla Sezar Navas, eləcə də Roman Yeryomenko ilə yollar ayrılacaq. Bunun əvəzində “Rubin” “Qəbələ”dən Marat İsmayılov, “Dinamo”dan Artur Yusifov, “Spartak”dan Diniyar Bilyaletdinov və “Tom”dan Rinat Sabitovla ciddi maraqlanır.
Qeyd edək ki, Marat İsmayılov “Qəbələ”də çıxış etsə də, müqavilə ilə Portuqaliyanın “Portu” klubuna məxsusdur.