“Rubin”in futbolçusu İtaliyada həbs olundu
17.07.2015 - 21:34
“Rubin”in futbolçusu İtaliyada həbs olundu

Bolqar futbolçu Blaqoy Georgiyev İtaliya polisi tərəfindən həbs olunub. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Rubin” klubunda çıxış edən Georgiyev tarixi abidəyə zərər verməkdə günahlandırılır.

 

Nişanlısı ilə birlikdə Romaya tətilə gedən 33 yaşlı futbolçu tarixi abidə olan, dünyanın ən böyük arenası Kolizeyin daşlarından birinin üzərinə qəpiklə adını yazmaq istərkən mühafizəçi tərəfindən tutularaq polisə təhvil verilib.

 

Bolqar futbolçunun bu hərəkəti İtaliyanın yüksək tirajlı “Correira Dello Sport” qəzeti tərəfindən “Georgiyevin karyerasındakı ən axmaq avtoqolu” başlığı ilə xəbər kimi verilib.