“Rubin”in oyunu azərbaycanlı hakimə tapşırıldı
22.01.2015 - 13:44
“Rubin”in oyunu azərbaycanlı hakimə tapşırıldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlərin bu gün idarə edəcəkləri oyunlar məlum olub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlərimiz 4 oyunda ədaləti qoruyacaqlar.

 

FİFA referisi Əliyar Ağayev ÇSKA (Sofiya) – “Metallist” (Xarkov) matçına təyinat aldığı halda, Fariz Yusidov “Rubin”in oyununu idarə edəcək.


"Rubin" (Rusiya) - "Quijou" (Çin)
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Kamran Bayramov

 

"Ordabaşı" (Qazaxıstan) - "Amkar" (Rusiya)
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Akif Əmirəli

Özbəkistan (U-20) - Ukrayna (U-20)
Hakimlər: İnqilab Məmmədov, KnyazƏmiraslanov, Nahid Əliyev

 

MOİK (Bolqarıstan) - "Metallist” (Ukrayna)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov