“Rubin”in oyunu azərbaycanlı hakimə tapşırıldı - FOTO
19.01.2014 - 18:35
“Rubin”in oyunu azərbaycanlı hakimə tapşırıldı - FOTO

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimlərinin bugünkü qarşılaşmalara təyinatları məlum olub. Apasport.az saytının məlumatına görə, referilərimiz hazırlığın 7-ci günündə 5 görüşdə əsas hakim kimi meydana çıxır.

Ömər Paşayev Azərbaycan təmsilçisinin oyununa təyinat alıb. Ədalət təmsilçisi “Rəvan”ın Braziliyanın “Union” klubu ilə qarşılaşmasında fit çalacaq. Rəhim Həsənov “Şlensk” (Polşa) – “Şaxtyor” (Qazaxıstan), Fariz Yusifov “Rubin” (Rusiya) – “Ərciyəsspor” (Türkiyə), Orxan Məmmədov “Dinamo” (Almaniya) - “Luç” (Rusiya), Anar Salmanov “Legiya” (Polşa) – “Tom” (Rusiya) qarşılaşmalarını idarə etməlidir.

Qeyd edək ki, hakimlərimizin Antalyada təyinat aldığı oyunların sayı 23-ə çatıb.