“Azərbaycanla qarşılaşma yoldaşlıq oyunudur. Millimiz o qədər də məhsuldar oynamır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “NTV+” kanalının futbol şərhçisi Georgi Çerdantsev deyib.
Tanınmış telejurnalist Azərbaycan və Rusiya milliləri arasında bu gün keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Həm də motivasiya yüksək deyil. Yığmamız adətən hücumda sönük oynayır. Azərbaycan yığması isə güclü, asanlıqla təslim olmayan komandadır. Millimiz isə oyuna nəzarət etdiyi matçlarda qol epizodları yaratmaqda çətinlik çəkir. Nəticədə çox sayda imkanımız olmur. Düşünürəm ki, bu gün az qol olacaq. Amma Rusiya qalib gəlməlidir. Ya 1:0, ya da 2:0 hesabı ilə Rusiya qalib gələcək”.