“Şalke” Draksleri əldən vermək niyyətində deyil
05.02.2014 - 22:53
“Şalke”nin prezidenti Klemens Tonnes futbolçuları Yulian Drakslerin karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan klub rəhbəri 20 yaşlı yarımmüdafiəçinin daha 1-2 il komandada qalmasını məsləhət görüb.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Draksler “Şalke” futbol məktəbinin yetirməsidir. Qış transfer pəncərəsində onu İngiltərə “Arsenal”ı heyətinə qatmaq üçün ciddi şəkildə çalışsa da, buna nail ola bilməmişdi. Klub rəhbərliyi bu keçidin reallaşmaması üçün əlindən gələni etmişdi.
0
0