“Şalke”nin hücumçusu sağaldı
24.02.2015 - 21:03
“Şalke”nin hücumçusu Klaas-Yan Huntelaar zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, Çempionalr Liqasının 1/8 final matçının “Real”la ilk görüşündə baldırından zədə alan hollandiyalı futbolçu məşqlərə başlayıb.
31 yaşlı forvard komanda ilə birgə ümumi qrupda məşq edib. Onun Almaniya Bundesliqasının növbəti turunda Dortmund “Borussiya”sı ilə matçda meydana çıxması gözlənilir. Qarşılaşma fevralın 28-də baş tutacaq.
Qeyd edək ki, “Şalke” doğma publika önündə “Real”a 0:2 hesabı ilə uduzub.
0
0