“Samuraylar”la ikinci duel
03.01.2015 - 11:55
“Samuraylar”la ikinci duel

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu yarışın tarixində ikinci dəfə Yaponiya ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, təmsilçimiz ötən il də “samuraylar”la qarşılaşmışdı.

 

Həmin vaxt qrup mərhələsinin son görüşü millimiz üçün böyükhesablı məğlubiyyətlə nəticələnmişdi. Yanvarın 8-də baş tutan qarşılaşmada asiyalılar 4:1 hesabı ilə qalib gəlmişdi. 360 gündən sonra yenidən yaponları sınağa çəkəcək millimiz qisas almağa çalışacaq.

 

Qeyd edək ki, Azərbaycan – Yaponiya oyunu bu gün keçiriləcək.