Ukraynanın “Şaxtyor” futbol klubu 2014/2015-ci illər mövsümündə ölkə çempionatında iştirakını dayandıra bilər. Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Mirça Luçeskunun köməkçisi Karlo Nikolini deyib.
Nikolini İtaliyanın “Brescia Oggi” qəzetinə açıqlamasında oyunçuların iyunun 17-də məzuniyyətdən qayıtmalı olduqlarını vurğulayıb: “Amma bunlar hamısı nəzəriyyədir. Hər şey şübhə altındadır. İndiyə kimi gördüyüm ən yaxşı ukraynalı olan klub prezidenti Rinat Əhmədov açıq şəkildə bildirib ki, daimi və təhlükəsiz çempionat üçün şərait yaranmasa, çempionatda oynamayacağıq”.