Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini reallaşdırır. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk sabiq klubu “Çernomorets”dən növbəti oyunçunu “qırmızı-qaralar”ın heyətinə cəlb edir.
Bir neçə gün bundan əvvəl Aleksey Qayı “Qəbələ”yə gətirən ukraynalı mütəxəssis bu dəfə Ruslan Fominin keçidini rəsmiləşdirir. 28 yaşlı hücumçu sabah Antalyaya gələcək. Onunla rəsmi müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, 2005-ci ildə “Şaxtyor”da forma geyinən Fomin ötən ildən “Çernomorets”də çıxış edir. O, Ukraynanın U-19 və U-21 millisində də oynayıb.