“Şaxtyor”un baş məşqçisi Azərbaycan klubunu təriflədi
15.01.2015 - 09:41
“Şaxtyor”un baş məşqçisi Azərbaycan klubunu təriflədi

“Antalya toplanışı çərçivəsində indiyə qədər 3 yoxlama görüşü keçirmişik və hər üç rəqib olduqca güclü idi”. Apasport.az xəbər verir ki, bu sözləri Qazaxıstanın “Şaxtyor” klubunun baş məşqçisi Vladimir Çeburin deyib.

 

Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” ilk yoxlama görüşünü məhz “Şaxtyor”a qarşı keçirmişdi. Qarşılaşma ilə bağlı Qazaxıstan mətbuatına danışan Karaqandi klubunun çalışdırıcısı Çeburin Zaqatala təmsilçisini tərifləyib: “Üçüncü rəqibimiz olan “Simurq” komplektləşmiş komanda idi. Onlar Azərbaycanın ən güclü klublarından biridi. Özümüz belə peşəkar rəqiblər seçirik ki, komandadakı çatışmazlıqları daha tez görək”.

 

Qeyd edək ki, “Simurq” – “Şaxtyor” oyunu təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.