“Şaxtyor”un futbolçusu qəzada öldü
08.02.2014 - 13:45
Ukraynanın “Şaxtyor” klubu faciə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisinin 26 yaşlı futbolçusu Maykon avtomobil qəzasında ölüb.
2012-ci ilin iyulunda digər Ukrayna klubu “Volın”dan transfer olunan braziliyalı hücumçu əsas heyətə düşməkdə çətinlik çəkdiyindən icarəyə verilmişdi. Bu mövsümə “İliçevets”də başlayan cənubi amerikalı 10 matçda 3 qol vurmuşdu.
Qeyd edək ki, futbolçu karyerası ərzində Rumıniyada “Styaua”, Braziliyada “Flamenqo”, “Fluminense” və “Aloqoinyas”da çıxış edib.
0
0