“Şaxtyor”un müdafiəçisi millimiz üzərində qazanılan qələbədən danışdı
25.02.2015 - 01:15
“Şaxtyor”un müdafiəçisi millimiz üzərində qazanılan qələbədən danışdı

“Hesab edirəm ki, biz bu gün rəqibdən daha yaxşı rəqabət apardıq və layiqli qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şaxtyor”un müdafiəçisi Yaroslav Rakitski deyib.

 

O, ötən gün milli komandamızı Antalayada 1:2 hesabı ilə məğlub etmələrindən danışıb: “Şaxtyor” əla toplanış keçirdi. Düzdü, hazırlıq qısa sürdü. Əla məşq etdik, dörd yoxlama oyununda qüvvəmizi sınayıb, hamısından qalib ayrıldıq. Ölkə çempionatının birinci matçına qədər hazırıq. Fiziki formada da yaxşıyıq”.