“Həqiqətən də maraqlı görüş alındı. Azərbaycanın ən güclü komandasına qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
O, Topaz Premyer Liqasının XXI turunun “Qarabağ”la görüşü haqda fikirlərini açıqlayıb: “Buna baxmayaraq, komandam yaxşı mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik. Lakin bu oyunda 1 xal da bizi qane edə bilərdi. Futbolçulara heç bir etirazım yoxdu. Sadəcə, səhvlər üzərində işləməliyik. Növbəti tur bizi çətin Sumqayıt səfəri gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq”.
Qeyd edək ki, AZAL “Qarabağ”la ev oyununda 0:1 hesabı ilə uduzub.