“Səhvlərimiz oldu”
08.02.2014 - 18:00
“Səhvlərimiz oldu”

“Komandanın göstərdiyi oyun məni qane etsə də, nəticədən narazı qaldım”. Apasport.az saytının məlumatına görə, bu szöləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.

 

Gənc çalışdırıcı ardıcıl 6 məğlubiyyətdən sonra xal qazanan komandasının Topaz Premyer Liqasının XX turunun AZAL-la qarşılaşmasında qələbə iddiasında olduğunu bildirib: “Qələbə qazanmaq üçün oynayırdıq. Qapımıza vurulan qollarda səhvlərimiz oldu. Buna baxmayaraq, komanda qalib gəlmək üçün əlindən gələni etdi”.

 

Qeyd edək ki, AZAL – “Sumqayıt” oyunu 2:2 hesabı ilə başa çatıb.