“İlk oyundakı qələbədən sonra mərhələ adlamağa yaxınıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Seltik” klubunun futbolçusu Virgil van Diyk deyib.
24 yaşlı hollandiyalı müdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu öncəsi iddialı olduqlarını bildirib: “Ümid edirəm ki, Çempionlar Liqasının qrupuna düşəcəyik. “Qarabağ”ın ötən mövsümkü nəticələrinə baxsaq, bizə səfərdə çox çətin olacaq. Çünki bu komandanın böyük stadionu var və arena tamaşaçı ilə dolu olur. Lakin biz sübut etməliyik ki, Çempionlar Liqasının qrupuna layiq komandayıq. Bunun üçün görüşə yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu avqustun 6-da keçiriləcək.