“Razıyam ki, hər şey öz əlimizdə deyil. Lakin istənilən halda qrupdakı son oyuna köklənməli və meydana qələbə üçün çıxmalıyıq”. Apasport.az-ın məlumatına görə, bu sözləri “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Dnepr”lə bu gün keçiriləcək oyunöncəsi jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis heç-heçə ilə qrupdan çıxa biləcəklərini də vurğulayıb: “Bizimlə paralel Bakıda keçiriləcək görüş haqda düşünmürük. Yalnız öz oyunumuza baxacağıq. Qrupun bütün oyunlarında heç-heçə etmişik. Bilirik ki, bu oyunda da bərabərə qalmaqla qrupdan çıxa bilərik. Ancaq bu barədə düşünmürük. Hava soyuq olsa da, qələbəyə çox istəkliyik”.
Qeyd edək ki, “Dnepr” – “Sent-Etyen” oyunu bu gün saat 21:00-da başlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı