“Artıq “Volın”a məğlubiyyəti unudub, diqqətimizi Avropa Liqasının oyunlarına yönəltməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr”in müdafiəçisi Artyom Fedeskiy deyib.
29 yaşlı ukraynalı oyunçu “Sent-Etyen”lə oyunöncəsi fikirlərini bildirib: “Məşqçilərimizlə birgə bu məğlubiyyəti təhlil edəcəyik. Bundan sonra düzgün nəticələr çıxardacağımıza əminəm. İndi biz növbəti oyuna hazırlaşırıq. “Sent-Etyen”in qrupda “Qarabağ”la keçirdiyi ilk oyununa baxmışam. Fransa komandası yaxşı görünür. Bundan başqa, oyun keyfiyyətləri üzrə “Sent-Etyen” “İnter”ə məğlub olmayacaqlar”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ” ilk matçında “Sent-Etyen”lə Bakıda qolsuz (0:0) bərabərə qalıb. “Dnepr” isə evində “İnter”ə minimal hesabla (1:0) uduzub.