“Şərurspor” “Göyəzən”ə divan tutdu
24.09.2015 - 19:54
“Şərurspor” “Göyəzən”ə divan tutdu

Futbol üzrə Azərbaycan I Divizionunda III turun daha 3 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Şərurspor” səfərdə “Göyəzən”i darmadağın edib – 5:0.

 

“Şahdağ” isə öz meydanında “Şəmkir”ə boyun əyib – 1:2.

 

“Mil-Muğan” – “Zaqatala” matçında isə qalib müəyyənləşməyib.

 

 

Azərbaycan 1-ci divizionu, III tur

 

“Göyəzən” 0-5 “Şərurspor”
Qollar: Rəhman Musayev, 18, 43, 45, 64, 88


“Şahdağ” 1-2 “Şəmkir”
Qollar: İqrar Səmədov, 56 - Bəhruz Teymurov, 81 (p.); Sərxan Ağayev, 88

 

“Mil-Muğan” 0-0 “Zaqatala”