“Sevilya” Bakkanın yerini doldurdu
12.07.2015 - 16:43
“Sevilya” Bakkanın yerini doldurdu

İspaniyanın “Sevilya” klubu heyətinə yeni hücumçu cəlb edib. Apasport.az saytının məlumatına görə, andalusiyalılar “Milan”a yollanmış Karlos Bakkanın yerini italiyalı hücumçu Çiro İmmobile ilə doldurmaq istəyir.

 

Dortmund “Borussiya”sının hücumçusu Avropa Liqasının qalibinə icarə əsasında qoşulub. İcarə müqaviləsinin müddəti 1 il nəzərdə tutulub.

 

Qeyd edək ki, 25 yaşlı hücumçu ötən mövsüm dortmundluların heyətində 20 oyun keçirib və 3 qol vurub.