“Sevilya”nın prezidenti: Emeri bizi tərk etmir
27.05.2014 - 03:32
“Sevilya”nın prezidenti: Emeri bizi tərk etmir

 

“Sevilya” klubunun prezidenti Xose Kastro komandanın baş məşqçisi Unai Emerinin yaxın müddətdə heç bir yerə getməyəcəyini bildirib. Apasport.az saytının məlumatına görə, bundan əvvəl “Milan”ın Emerinin xidmətində maraqlı olduğu və hətta danışıqların müsbət başa çatmaq üzrə olduğu iddia edilirdi.

 

Kastro isə iddiaları qəti şəkildə təkzib edib: “Son vaxtlar bizim məşqçimizin xidmətində maraqlı olan klublar olduğu bildirilir. Amma mən də Emeri kimi sakitəm. Unai İndoneziyadan məzuniyyətdən qayıdandan sonra əvvəlcədən də planlaşdırdığımız kimi yeni müqavilə imzalayacağıq. Vəziyyətin başqa cür inkişaf edəcəyini düşünməyə əsasım yoxdur. Unai Sevilyada özünü evdəki kimi hiss edir – mənə həmişə belə deyib. Amma məşqçinin yeni məqsədlərə doğru getməsi normal haldır. Müqaviləyə gəldikdə, biz ən azı daha 1 il üçün imza atacağıq. Güman edirəm ki, növbəti il də uğurlu olacaq”.