“Simurq” – “Vardar” oyununun vaxtı dəqiqləşdi
08.07.2014 - 08:04
Sloveniyada təlim-məşq toplanışında olan “Simurq”un 2-ci yoxlama oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin sabah Makedoniya “Vardar”ı ilə baş tutacaq qarşılaşmasının başlama saatı dəqiqləşib.
Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşdə “Simurq”un baxışa çağırdığı legionerlər də sınanacaq.
Qeyd edək ki, “Simurq” ilk yoxlama matçında Sloveniya təmsilçisi “Aluminiy”ə qalib gəlib – 1:0.
0
0