“Simurq” “Qəbələ” ilə oyun öncəsi məşqlərə başladı
04.09.2014 - 19:43
“Simurq” “Qəbələ” ilə oyun öncəsi məşqlərə başladı

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Simurq”un məşqçilər korpusu yetirmələrinə son turdan sonra üç günlük istirəhət vermişdi. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, artıq bu gündən etibarən komanda məşqləri bərpa edib.

 

Zaqatalada bir araya gələn "Simurq", yığmanın heyətində olan İlkin Qırtımov, Vadim Abdullayev və Rəşad Eyyubovsuz "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayıb.

 

Qeyd edək ki, son turda səfərdə yeni mövsümdə ilk dəfə məğlubiyyətlə tanış olan "Simurq", hazırda 6 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komanda sentyabrın 13-də doğma arenada növbəti matçına çıxacaq. "Sarı-qaralar"ın rəqibi "Qəbələ" klubu olacaq.