Dekabrın 22-də “Bakı” ilə Premyer Liqa matçından sonra istirahətə buraxılan “Simurq”da fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, zaqatalalılar sabahdan etibarən təlim-məşq toplanışına başlayacaqlar.
Sabah səhər saatlarında “sarı-qaralar”ın yerli futbolçuları və klub rəsmiləri bir araya gələrək Antalyaya yola düşəcək. Əcnəbi məşqçilər və futbolçular kollektivə Türkiyədə qoşulacaq. “Serena Qolf Belek” otelində məskunlaşacaq “Simurq” ilk məşqini sabah axşam saatlarında keçəcək.
Qeyd edək ki, yanvarın 25-nə qədər Antalyada toplanışda olacaq “Simurq”un bu müddətdə ən azı 4 yoxlama görüşü keçirəcəyi dəqiqdi. Belə ki, komanda yanvarın 15-də, 18-də, 21-də və 23-də qüvvəsini yoxlama görüşündə sınayacaq. 5-ci matçın keçirilib-keçirilməyəcəyi hələ bəlli deyil.