Topaz Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar bir necə günlük istirahətdən sonra "Simurq" hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, yanvarın 6-da birbaşa Antalyaya təlim-məşq toplanışına yollanan komanda "Sirena Belek" otelində məskunlaşıb.
Zaqatala təmsilçisi qardaş ölkəyə aşağıdakı heyətlə yola düşüb:
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli
Müdafiəçilər: İlkin Qırtımov, Kənan Müslümov, İdan Vaytsman, Adam Banaş, Rüstəm Məmmədov, Tural Axundov, Əli Gökdəmir
Yarımmüdafiəçilər: Samir Zərgərov, Murad Səttarlı, Patrik Osiako, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Elnur Abdullayev, Vadim Abdullayev, Vüqar Mustafayev, Nicat Muxtarov
Hücumçular: Draqan Çeran, Rəşad Eyyubov, Orcu Balaşlı