“Simurq” ispaniyalı müdafiəçi ilə müqavilə imzladı
09.01.2015 - 20:21
“Simurq” ispaniyalı müdafiəçi ilə müqavilə imzladı

"Simurq" transfer çalışmalarını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.

 

İspaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado növbəti mövsümün sonuna qədər “Simurq”un formasını geyinəcək. Artıq Antalyada düşərgəyə qoşulan təcrübəli futbolçu komanda ilə birgə hazırlıqlara başlayıb.

 

Qeyd edək ki, Melli adı ilə tanınan yeni futbolçu 7 il İspaniyanın "Betis" klubunun şərəfini qoruyub. 2011/12 və 2012/13-cü il mövsümlərində karyerasını Belçikada davam etdirib. "Gent"dən sonra ötən mövsüm Moldaviyanın "Şerif" klubuna keçib. Onun son komandası isə Yunanıstan çempionatında çıxş eədn "Erqotelis" klubu olub.