“Simurq” legioneri ilə müqaviləsini uzadır
27.05.2014 - 14:00
“Simurq” legioneri ilə müqaviləsini uzadır

“Simurq” bir futbolçusu ilə müqaviləsini uzadacaq. Apasport.az xəbər verir ki, Zaqatala təmsilçisi bu mövsüm komandanın bombardiri olan Draqan Çeranla yenidən anlaşıb. Bunu futbolçunun özü də təsdiqləyib. Belə ki, o, daha bir il “sarı qaralar”ın şərəfini qoruyacaq.

 

2013-cü ildə Zaqatala klubuna gələn hücumçu 13 qol vurmaqla “Simurq”un tarixində bir mövsüm ərzində ən çox qol vurmuş futbolçu olub.