Antalyada təlim-məşq toplanışında olan “Simurq” bu gün ikinci yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi hazırda Tanzaniya çempionatının lideri olan “Yanq Afrikans”la münasibətinə aydınlıq gətirib.
Bakı vaxtı ilə saat 16:00-da start götürən oyun komandamız üçün yaxşı başlamayıb. Lakin qapısında ardıcıl 2 qol görən “Simurq” məğlubiyyətdən qaçmağı bacarıb. Belə ki, birinci hissənin sonunda fərqi minimuma endirən zaqatalalılar ikinci 45 dəqiqədə daha 1 qol vuraraq, qarşılaşmanı “sülh”lə başa vurublar.
Simurq - “Yanq Afrikans” - 2:2
Qol: Anderson Oliveyra, 44; Murad Səttarlı, 49
Qeyd edək ki, ilk matçda Almaniya “Velbert”inə qalib gələn (1:0) “Simurq”un 1 gün öncə Rumıniya "Vasluy"u ilə keçirilməli olan görüşü rəqibin istəyilə təxirə salınmışdı.