“Simurq” tarixində ikinci
13.02.2015 - 09:37
“Simurq” tarixində ikinci

Zaqatalanın “Simurq” klubunun futbolçusu Draqan Çeran Topaz Premyer Liqasının XXI turunun “Qəbələ” ilə oyununda rəqib qapısına 2 dəfə yol tapmaqla, Azərbaycan çempionatlarındakı qol hesabını 20-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, onun penaltidən vurduğu ikinci top yubiley xarakteri daşıyıb.

 

28 yaşlı serbiyalı hücumçu “Simurq”un tarixində milli çempionatlarda 20 və daha çox qol vuran 2-ci oyunçu olub. Çeran bu göstəricidə yalnız ukraynalı Vladimir Mazyardan geri qalır.

 

Ötəm mövsüm 31 qarşılaşmada 11 dəfə fərqlənən balkanlı cari çempionatın 15 matçında 9 qolun sevincini yaşayıb.

 

Qeyd edək ki, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Simurq”un heyətində 7 futbolçu 10 və daha çox qol vurub.

 

yer

Futbolçu

qol

oyun

1

Vladimir Mazyar

28

51

2

Draqan Çeran

20

46

3

Elşən Məmmədov

13

51

4

David Bolkvadze

12

66

5

Rəşad Eyyubov

12

67

6

Ramin Nəsibov

11

61

7

Stepan Polyak

11

79