“Simurq”un Almaniya klubu ilə oyununun vaxtı dəqiqləşdi
14.01.2015 - 00:32
“Simurq”un Almaniya klubu ilə oyununun vaxtı dəqiqləşdi

Yanvarın 6-dan Antalyada qış təlim-məşq toplanışında olan "Simurq", artıq hazırlıq proqramının ikinci hissəsinə başlayıb. Apasport.az saytının məlumatına görə, ötən gün Qazaxıstan təmsilçisi "Şaxtyor"a 3:1 hesabı ilə qalib gələn Zaqatala klubu bu gün səhər bir məşqlə çalışmaları davam etdirəcək.

 

Bundan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verəcək. Komandanın növbəti yoxlama oyunundakı rəqibi isə Almaniyanın "Dyusburq" klubu olacaq. Görüş yanvarın 15-də keçiriləcək.