“Simurq”un prezidenti heyətdə futbolçu saxlayır
14.05.2014 - 16:58
“Simurq”la müqaviləm başa çatacaq, amma yeni müqavilə üçün danışıqlar aparırıq”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”un rumıniyalı yarımmüdafiəçisi Raul Kostin deyib.
O, istirahətdən sonra hər şeyə aydınlıq gələcəyini bildirib: “Neftçi” ilə oyundan sonra istirahətə yollanacağıq və qayıtdıqdan sonra müqavilənin detallarını müzakirə edəcəyik. “Simurq”un prezidenti mənə komandada qalacağımı deyib. Amma hazırda agentimlə danışıqlar gedir”.
0
0