“Simurq”un qış toplanışını hansı ölkədə keçirəcəyi dəqiqləşdi
04.12.2014 - 14:01
“Simurq”un qış toplanışını hansı ölkədə keçirəcəyi dəqiqləşdi

“Simurq”un qış təlim-məşq toplanışını harada keçirəcəyi dəqiqləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda qış hazırlığını Antalyada keçirəcək.

 

Zaqatala klubu təbii ki, bu müddətdə yoxlama görüşlərində də qüvvəsini sınayacaq. Lakin hazırlığın neçə gün çəkəcəyi və komandanın kimlərlə qarşılaşacağı hələlik məlum deyil.

 

Bu arada, həftəsonu Premyer Liqanın XV turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq “Simurq” bu görüşün hazırlığına başlayıb. Hələlik məşqlərini Zaqatalada keçən Georgi Çixradzenin yetirmələri dekabrın 6-da Sumqayıta yollanacaq və oyun öncəsi son məşqini orada edəcək. Heyətdə itkilər də var. Belə ki, Vüqar Mustafayev zədə, Tural Axundov isə cəza ucbatından “Sumqayıt”la görüşü buraxacaq.

 

Qeyd edək ki, “Sumqayıt” – “Simurq” oyunu dekabrın 7-də baş tutacaq.