Antalyada qış təlim-məşq toplanışında olan “Simurq” hazırlığın ikinci mərhələsində yoldaşlıq görüşlərində gücünü sınayacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala klubunun ilk rəqibi Əlcəzairin "Əl-Eyulma" klubu olmalı idi.
Ancaq proqramda növbəti dəyişiklik edilib. Belə ki, “Simurq” yanvarın 13-də, Bakı vaxtı ilə saat 16:00 məskunlaşdığı "Sirena Belek" otelinin meydançasında Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Simurq"un yeni transferi ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado (Melli) özünə forma nömrəsi də seçib. Təcrübəli futbolçu Zaqatala təmsilçisinin heyətində "4" nömrəli forma ilə çıxış edəcək.