“Simurq”un sabiq futbolçusu könüllü oldu
23.12.2014 - 10:05
“Simurq”un sabiq futbolçusu könüllü oldu

Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Mixail Starostyak vətənində diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ukraynalı futbol veteranı könüllülər sırasına qatılıb.

 

Belə ki, sabiq müdafiəçi “Donbass Aena” stadionunda humanitar yardımların paylanılmasında iştirak edir. Hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Ukrayna millisinin və “Şaxtyor”un sabiq üzvü bunu məzuniyyətdə olmasından yararlandığını qeyd edib. O bildirib ki, yeni ilədək könüllülər sırasında qalacaq.

 

Qeyd edək ki, Starostyak 2007-09-cu illərdə “Simurq”un şərəfini qoruyub.