“Şiroki Briyeq”in hücumçusu “Qəbələ”yə qarşı oynamayacaq
09.07.2014 - 21:21
“Şiroki Briyeq”in hücumçusu “Qəbələ”yə qarşı oynamayacaq

“Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunda zədəlilərin sayı artıb. Apasport.az saytının məlumatına görə, Qəbələyə aparılmayan Mario Lyubiç, Damir və İvitsa Djidiçlərə daha 1 futbolçu da qoşulub.

 

Bu, “Qəbələ” ilə oyunun ilk hissəsində zədələnən hücumçu Stipo Markoviçdir. İlk görüşdə son anda zədələndiyi üçün meydana çıxmayaraq ehtiyatda qalan qapıçı Antonio Soldo isə qaydasındadır. Həkimlər onun “Qəbələ” ilə cavab matçına çıxa biləcəyini bildirib.

 

Qeyd edək ki, “Şiroki Briyeq” – “Qəbələ” matçı sabah Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.