[b]“Sivasspor”la başladı, “Qarabağ”da rekordla yubileyi birləşdirdi[/b]
31.07.2014 - 10:56
[b]“Sivasspor”la başladı, “Qarabağ”da rekordla yubileyi birləşdirdi[/b]

“Qarabağ”ın futbolçusu Reynaldo Silva Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu adına şərik çıxıb.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Zalsburq” klubu ilə Bakıdakı ilk oyunda vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandıran Reynaldo qitə miqyaslı klub turnirlərində 7-ci dəfə fərqlənib.

 

Bununla, braziliyalı Rəşad Sadiqova məxsus Azərbaycan rekordunu təkrarlayıb. Lakin sonuncudan fərqli, Reynaldo bəzi məqamlarda fərqlənib.

 

Birincisi, hazırda “Xəzər Lənkəran”da çıxış edən Sadiqov iki klub – “Neftçi” və “Qarabağ”da qol vurubsa, Reynaldo “7”yə bir klubla çatıb.

 

İkincisi və ən əsası isə sırf yarımmüdafiəçi olan Rəşaddan fərqli, həm hücumçu, həm orta sahə oyunçusu kimi çıxış edən braziliyalı daha məhsuldardı. Sadiqov 45 avrokubok matçında orta hesabla 0,16 qol vurubsa, Reynaldoda bu rəqəm 0,70-ə bərabərdir. Çünki cənubi amerikalı “Qarabağ”dakı 7 avrokubok qolunu 10 matçda vurub. “Zalsburq”la qarşılaşma onun Ağdam təmsilçisi ilə yubiley – 10-cu avrokubok qarşılaşması idi. Lakin yubiley və rekordun ardından Reynaldo qırmızı vərəqə ilə də “fərqlənib”.

 

Qeyd edək ki, ümumilikdə 16 avrokubok matçında 8 qol vuran futbolçunun bu yarışlarda debütü 2009-cu ildə qeydə alınıb. İndi olduğu kimi onda da Çempionlar Liqasının III təsnifat mərhələsinin “Sivasspor” (Türkiyə) – “Anderlext” (Belçika) oyununda debüt edib. Sonuncuların heyətində meydana çıxan Reynaldonun ayağı komandasına düşərli olmamışdı – 1:3.

 

Avrokuboklarda 10 ən məhsuldar futbolçumuz

 

 1-2

Reynaldo Silva

7

 

Rəşad Sadiqov

7

3

Baçana Sxadadze

6

4-5

Əfran İsmayılov

5

 

Rəşad Sadıqov

5

6-10

Badri Kvaratsxeliya

4

 

Branimir Subaşiç

4

 

Feliks Felipe Almeyda

4

 

Julius Vobay

4

 

Vüqar Nadirov

4

 

 

0