“Son 20-30 ildə belə güclü “Qalatasaray” görmədim”
05.02.2014 - 06:56
“Son 20-30 ildə belə güclü “Qalatasaray” görmədim”

Türkiyənin qocaman idman yazarı Şansal Böyüka “Qalatasaray”ın son turdakı 6:0 hesablı “Bursaspor” qələbəsini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Böyüka son 20-30 ildə belə güclü “Qalatasaray” izləmədiyini deyib.

 

O, “Cim-Bom”un lider “Fənərbaxça” ilə aradakı 7 xallıq fərqi qapada biləcəyini bildirib:  “Son 20-30 ildə belə güclü “Qalatasaray” görmədim. “Bursaspor” “Real”ın, “Barselona”nın qarşısına çıxsa, bu komandalar 20 dəqiqədə 3 qol vura bilməz. Fantastik bir “Qalatasaray” izlədik. Bunu hər zaman görmək mümkün deyil. “Bursaspor” çox pis oynamış ola bilər, amma bu “Qalatasaray”ın möhtəşəm başlanğıcını gölgəyə salmamalıdır”.