“Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvard komandanın cari mövsümdəki uğursuz çıxışı və gələcək planları ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan klub rəsmisi növbəti mövsüm üçün ciddi transfer çalışmalarına başlayacaqlarını bildirib.
Vudvard Mançester təmsilçisinin dünyanın ən çox gəlir əldə edən klublarından biri olmasının onun daima böyük kuboklar hədəfində olduğndən irəli gəldiyini deyib: “İlk növbədə 3 futbolçu ilə yollarımızı ayırıb, onların yerinə başqalarını gətirəcəyik. Uğurlarımızı davam etdirmək üçün son illərin ən böyük transfer hərəkatını başlatmaqdan çəkinmirik. Yenidən çempionluq üçün mübarizə aparacaq bir heyət yaratmaq üçün lazımi məbləğ xərcləməyə hazırıq”.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 26 turdan sonra 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.