“Qarabağ” avrokuboklarda ardıcıl 4-cü ev qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsində İsveçin “Gefle” klubunu Bakıdan məğlub yola salan ağdamlılar 1:0 hesablı qələbə ilə uğurlu seriyanı 4-ə çatdırıb.
Seriyasına 2011/12 mövsümündə start verən Qurban Qurbanovun yetirmələri 2 il il əvvəlki qələbəni bu dəfəki 3 uğurla davam etdirib. Sonuncu dəfə ağdamlılara uduzmadan ölkəmizi tərk edən Farer adalarının “Streymur” klubu olub. Şimallılar Bakıdan qolsuz heç-heçə ilə ayrılıb.
Avropa Liqası
2011/12
2-ci təsnifat mərhələsi
• 21 iyul. Qarabağ – Streymur (Farer adaları) 0:0
3-cü təsnifat mərhələsi
• 4 avqust. Qarabağ - Brügge (Belçika) 1:0
2013/14
1-citəsnifat mərhələsi
• 11 iyul. Qarabağ - Metallurq (Skopye, Makedoniya) 1:0
2-ci təsnifat mərhələsi
• 18 iyul. Qarabağ – Pyast (Polşa) 2:1
3-cü təsnifat mərhələsi
• 01 avqust. Qarabağ – Gefle (İsveç) 2:1
“Streymur”dan sonra
02.08.2013 - 00:27
0
0