“Azərbaycan yığmasını məğlub etdiyimiz üçün çox sevinirik. Özümüz də bilirdik ki, Sloveniyaya uduzan komanda İtaliya millisi deyildi. Bunu Azərbaycanla oyunda da sübut etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin futzalçısı Serxio Romano deyib.
Avropa çempionatının qrup mərhələsində Azərbaycan yığması ilə görüşən apeninlilərin 7:0 hesablı qələbəsindən məmnun qalan futzalçı fikirlərini açıqlayıb: “İkinci şansın olmadığını dərk edəndə səhvsiz oynamağa çalışırsan. Vurduğum qol bizi çox ruhlandırdı. Bilirdik ki, erkən qol çox vacibdir. Qazandığım qələbə böyük uğurdur. Biz bu nəticəni bir neçə saat bayram edəcəyik. Sonra isə növbəti matç haqda düşünməliyik”.