[b]“Şükrü Saracoğlu”na futbol oynamağa gedirik, döyüşməyə yox”[/b]
06.03.2015 - 23:01
[b]“Şükrü Saracoğlu”na futbol oynamağa gedirik, döyüşməyə yox”[/b]

“Fənərbaxça” ilə matç çox vacib bir derbidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qalatasaray"ın qapıçı məşqçisi Kladio Taffarel deyib.

 

Braziliya millsi ilə 994-cü ilin dünya çempionatının qızıl, 1998-də isə gümüş medallarını qazanan sabiq qolkipr bazar günü baş tutacaq "Fənərbaxça" ilə derbi barədə fikrlərini bildirib: “Lakin biz səfərə futbol oynamağa gedirik, döyüşməyə yox. Həm meydanda, həm də meydandan kənarada “feyr-pley” çərçivəsində bir görüş olacaq. "Şükrü Saracoğlu"nda oyunlar həmişə çətin keçir. Qalib gələcəyimiz təqdirdə, hər şey bitməyəcək. “Fənər”lə xal fərqini 7-yə çatdıracağıq. Komandada müəyyən rahatlıq yarana bilər. Ancaq biz sonuna kimi mübarizə aparacağıq. Bu il formamıza 4-cü ulduzu taxmalıyıq. Bunu hər kəs istəyir”.

 

Qeyd edək ki, Kladio Taffarel 1998-2001-ci illərdə “Qalatasaray”ın formasını geyinib.