“Sumqayıt” ötən ay komandanı tərk edərək Rusiyaya gedən Təvəkkül Məmmədov məsələsini yoluna qoymaq üzrədi. Klubdan apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi artıq transfer vərəqəsini ala biləcək.
Bunun üçün hazırda Krasnodarda olan 23 yaşlı futbolçu Bakıya gəlməlidi. “Sumqayıt” transfer vərəqəsi üçün əvvəlcə 25, daha sonra isə 10 min dollar tələb etmişdi. Lakin “gənclik şəhəri” təmsilçisi indi məsələni pulsuz yoluna qoymağa hazırdı. Futbolçu özü də artıq məlumatlandırılıb.
Qeyd edək ki, bununla bağlı həm futbolçu, həm də klubu AFFA-ya müraciət etmişdi. Təvəkkül Məmmədov transfer vərəqəsini verməyəcəkləri təqdirdə FİFA-ya şikayət edəcəyini açıqlamışdı.