“Sumqayıt” 3 futbolçu ilə vidalaşır
10.12.2014 - 12:12
“Sumqayıt” 3 futbolçu ilə vidalaşır

Qış fasiləsi yaxınlaşdıqca, klublar “qara siyahı”larını tərtib etməyə başlayırlar. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” klubundan da yanvarda gedənlər olacaq.

 

Baş məşqçi Aqil Məmmədov bəzi oyunçuların çıxışından narazıdı. Premyer Liqa təmsilçisi ilkin olaraq, 3 futbolçu ilə yolları ayırmağı düşünür. Hələlik gedəcək oyunçuların adları gizli saxlanılır. Buna baxmayaraq, klub artıq yeni futbolçuların axtarışına da başlayıb. “Sumqayıt” qış transferi dövründə heyətinə 2 yarımmüdafiəçi və 1 hücumçu qatmağı planlaşdırır. Təklif olunan oyunçularla qiyabi maraqlanan klub rəhbərliyi hələ ki, heç biri ilə danışığa başlamayıb.

 

Nəzərə alsaq ki, sumqayıtlılar yarımmüdafiəçi və hücumçu axtarışındadılar, deməli, komandadan gedəcək futbolçular da orta və irəli xəttin üzvləri olacaq.