Təlim-məşq toplanışını ölkə daxilində davam etdirən “Sumqayıt”la “Bakı” bu gün yoxlama görüşündə üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, qarşılaşma “Kapital Bank Arena”da baş tutub.
Görüş Sumqayıt təmsilçisinin böyük ərazi üstünlüyü şəraitində keçib və nəticədə meydan sahibləri 5:1 hesabı ilə qalib gəliblər. “Sumqayıt”ın hücumçusu Məhəmməd Qurbanov bu oyunda dubl edib. “Bakı”nın qapısından digər topları isə Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov keçiriblər.
Qeyd edək ki, "Sumqayıt" hazırlıq çərçivəsində növbəti yoxlama oyununu yanvarın 17-də "Kapital Bank Arena"da AZAL-a qarşı keçirəcək. Həmin qarşılaşma saat 16:00-da start götürəcək.