“Sumqayıt” “Qəbələ” matçına itkisiz hazırlaşır
28.01.2014 - 21:33
“Sumqayıt” “Qəbələ” matçına itkisiz hazırlaşır

Təlim-məşq toplanışını başa vuran "Sumqayıt" 1 günlük fasilədən sonra yenidən hazırlıqlara start verib. Apasport.az klub saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında "Qəbələ"ni qonaq edəcək Aqil Məmmədovun komandasında zədəli futbolçu yer almır.

 

U-21-in düşərgəsində yer alan qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsən-Alızadə bu gündən etibarən məşqlərə qoşulur.

 

Qeyd edək ki, fevralın 1-də Sumqayıtda baş tutacaq "Sumqayıt" - "Qəbələ" oyunu saat 16:00-da start götürəcək.