“Sumqayıt” AZAL-la qarşılaşacaq
16.01.2015 - 20:03
“Sumqayıt” AZAL-la qarşılaşacaq

Topaz Premyer Liqasının III və IV dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" bu gün 2 dəfə məşq edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində daha çox topla olan çalışmalara üstünlük verib.

 

Komanda axşam baş tutan məşqdə isə fiziki hazırlıq üzərində çalışıb.

 

"Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu sabah "Kapital Bank Arena"da AZAL-a qarşı keçirəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, "Sumqayıt"ın əvəzediciləri də sabah yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda doğma meydanda "Qarabağ"ın əvəzediciləri ilə saat 13:00-da üz-üzə gələcək.