“Sumqayıt” Gürcüstandan futbolçu gətirir
23.01.2015 - 11:55
“Sumqayıt” Gürcüstandan futbolçu gətirir

Qış “transfer pəncərəsi”ndə fəallığı ilə seçilməyən “Sumqayıt” Gürcüstan klubundan oyunçu almağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi qonşu ölkənin “Sabutalo” klubunda çıxış edən Ruslan Bədiyevlə yaxından maraqlanır.

 

Azərbaycanın 17 yaşadək futbolçularından ibarət yığmasının da formasını geyinən Ruslanın “Sumqayıt”a keçmək şansı yüksəkdi. Komandanın baş meneceri Ceyhun Sultanov gənc müdafiəçinin oyununu izləmək üçün Antalyaya yollanıb. Yanvarın 25-də qədər Türkiyədə qalacaq Sultanov vətənə qayıtdıqdan sonra Bədiyevlə bağlı fikrini rəhbərliyə çatdıracaq.

 

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində Tərlan Əhmədli, Ramazan Abbasov, Tagim Novruzov, Ceyhun Cavadov, Fərid Quliyev, Şəhriyar Xəlilov və Kiyan Sultanpurla yolları ayırıb. Əvəzində Uğur Pamuk komandaya geri qaytarılıb, Tərzin Cahangirovun isə icarə müddəti artırılıb.