“Sumqayıt” I divizion təmsilçisi ilə qarşılaşacaq
05.01.2015 - 20:02
“Sumqayıt” I divizion təmsilçisi ilə qarşılaşacaq

“Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun planına əsasən, komanda yanvarın 17-si və 19-da AZAL-la qarşılaşacaq.

 

“Gənclər şəhəri” təmsilçisi yanvarın 23-də isə I divizionda mübarizə aparan "Zirə"ni qəbul edəcək. Yanvarın 14-də planlaşdırılan yoxlama oyunu üçün rəqibin kimliyi hələ məlum deyil.